SON DƏQİQƏ

Son 100 ilin ən sərt qışı

Tarix:

6-02-2018, 15:35

/ 764 dəfə oxundu.
Son 100 ilin ən sərt qışı

Rusiyanın paytaxtı Moskva son 100 ilin ən sərt qışı ilə mübarizə aparır. 
Gunaz.az
xəbər verir ki, şənbə və bazar günləri qarın qalınlığı 45 santimetrə qədər yüksəlib.

Mövzuyla əlaqədar olaraq Moskva merinin müavini Petr Biryukov açıqlama verib. O bildirib ki, əsas yollar təmizlənib və nəqliyyatın hərəkəti təmin edilib.

Son 24 saatda 1,2 milyon kubmetr qarın küçələrdən təmizləndiyini ifadə edən Biryukov qar təmizləmə işlərinin günboyu davam etdiyini sözlərinə əlavə edib.

Fövqəladə hava şəraiti səbəbiylə şəhərdə yerləşən bütün məktəblərdə bir günlük tətil elan edilib.

Qeyd edək ki, meteoroloqlar belə qarın yağmasının hər 100 ildən bir baş verdiyini söyləyir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ