SON DƏQİQƏ
» » Koronavirusun cənginə aldığı İrana daha bir ŞOK: səhər saatlarında...

Koronavirusun cənginə aldığı İrana daha bir ŞOK: səhər saatlarında...

Tarix:

16-03-2020, 11:49

/ 2 064 dəfə oxundu.
Koronavirusun cənginə aldığı İrana daha bir ŞOK: səhər saatlarında...

İran və İndoneziyada güclü zəlzələlər olub.
İranın cənubundakı Hörmüzqan əyalətinin Həmir rayonunda 5,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Tehran Universiteti Seysmologiya Mərkəzindən verilən açıqlamada zəlzələnin episentrinin 16 km dərinlikdə olduğu bildirilib.
İndoneziyanın isə Şərqi Nusa Tenqqara əyalətində 5,4 bal gücündə yeraltı təkanlar olub.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Qurumunun məlumatına görə, zəlzələnin episentri yerin 10 km dərinliyində qeydə alınıb.
Hər iki təbiət hadisəsindən sonra tələfat və fəsadla bağlı məlumat verilməyib.
Qeyd edək ki, İran Çin və İtaliyadan sonra koronavirusun ən geniş yayıldığı ölkədir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ