
Amerikalı alimlər karbon qazı tullantılarının atmosferi çirkləndirməsinin gələcəkdə daha yandırıcı istilərin yaranmasına səbəb olacağını açıqlayıb.
GunAz.az xəbər verir ki, alimlər bunun gələcəkdə 1,2 milyard insanın yaşadığı bölgələrə mənfi təsir edəcəyini deyib:
"Əgər qlobal istiləşmə 1,5 dərəcə artarsa, anomal istilər dünyada 500 milyon insanın yaşadığı bölgələrə təsir edəcək. Bu rəqəm 2 dərəcə olsa, 800 milyon insan anomal istilərdən ziyan görəcək. 2100-cü ildə qlobal istiləşmənin 3 dərəcə artacağı proqnozlaşdırılır. Belə bir vəziyyətdə dünya üzrə 1,2 milyard insan anomal istilərdən əziyyət çəkəcək”, - məlumatda bildirilir.