SON DƏQİQƏ

Koronavirusu Çinə ABŞ ordusu yayıb - İddia

Tarix:

13-03-2020, 11:13

/ 2 034 dəfə oxundu.
Koronavirusu Çinə ABŞ ordusu yayıb - İddia

Çininin Uhan şəhərinə koronavirus pandemiyasını ABŞ ordusu yayıb.
Bu iddianı Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician Tvitter hesabında paylaşıb.
XİN sözçüsü ABŞ Xəstəliklərin İdarə edilməsi və Qarşısının alınması Mərkəzinin direktoru Robert Redfieldin də olduğu videogörüntünü paylaşaraq, onun daha əvvəl qripdən ölən Amerika vətəndaşlarında koronavirus aşkarlanması ilə bağlı dediyi sözləri xatırladıb:
"R.Redfield bu açıqlama ilə özünü ifşa edib. Bilmək istəyirik ki, ABŞ-da koronavirusa yoluxan ilk xəstə nə vaxt aşkarlanıb? Neçə nəfər virusa yoluxub? Mənim fikrimcə, pandemiyanı Uhana yayan ABŞ ordusudur. Dürüst olun. ABŞ bizə açıqlama borcludur”, - XİN rəsmisi bildirib.
Qeyd edək ki, Çində virusdan ölənlərin sayında azalmalar baş verib. Son 24 saatda koronavirusdan 7 nəfər həyatını itirib. Ümumilikdə ölkə üzrə pandemiyadan 3 min 179 nəfər ölüb.

скачать dle 12.1

Şərhlər