SON DƏQİQƏ
» » İranda COVID-19-a yoluxanlardan təqribən 3000 nəfər sağalıb

İranda COVID-19-a yoluxanlardan təqribən 3000 nəfər sağalıb

Tarix:

12-03-2020, 17:58

/ 2 716 dəfə oxundu.
İranda COVID-19-a yoluxanlardan təqribən 3000 nəfər sağalıb

İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda COVID-19-a yoluxanların təqribən 2959 nəfəri sağalıb və xəstəxanalardan buraxılıb.

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün müxbirlər qarşısında ölkədə 9 min nəfərin koronavirusa yoluxduğunu bildirərək deyib ki, təəssüflə, indiyədək 354 nəfər bu virusa yoluxma nəticəsində həyatını itirib.

Rəsmi şəkildə KOVİD-19(COVID-19) adlandırılan koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkar edilib.

Bu virus hazırda Çindən əlavə, 120 digər ölkəyə də sirayət edibdir.

Son məlumatlara görə, indiyədək dünyada 119 min nəfərdən çox insan bu virusa yoluxub. Bu miqdardan 66 min nəfərdən çox insan sağalıb, təqribən 4300 nəfər isə vəfat edibdir.

İRANDA COVID-19-DAN TƏQRİBƏN 3000 NƏFƏR SAĞALIB

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ