SON DƏQİQƏ

Ərdoğan toplantını yarımçıq tərk etdi

Tarix:

10-03-2020, 12:29

/ 1 781 dəfə oxundu.
Ərdoğan toplantını yarımçıq tərk etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Brüsseldə Avropa İttifaqı rəsmiləri ilə görüşünü yarımçıq tərk edib.

 

GunAz.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Times” nəşri yazıb.

 

Bildirilib ki, Ərdoğan Avropa İttifaqı Komissiyasının sədri Ursula Von Der Leyen və Avropa Şurasının sədri Çarls Mişellə 1 saat 45 dəqiqə çəkən iclasa qatılıb. O, Avropa İttifaqını yetərli sayda miqrantı qəbul etməməklə və Türkiyəyə qaçqınları yerləşdirməsi üçün yetərli maddi yardım etmədiyini söyləyib və toplantını tərk edib. Qəzetdəki xəbərdə Ərdoğanın ittifaqdan Türkiyəyə 6 milyard avro yardım ehtiva edən razılaşmanı yeniləməsi və Ankaraya daha çox maddi yardım etməsini tələb etdiyi yazılıb.

 

 

скачать dle 12.1

Şərhlər