SON DƏQİQƏ
» » Avropa İttifaqı Ankaraya üç milyard avro ayıracaq

Avropa İttifaqı Ankaraya üç milyard avro ayıracaq

Tarix:

29-06-2018, 19:38

/ 10 294 dəfə oxundu.
Avropa İttifaqı Ankaraya üç milyard avro ayıracaq

Miqrasiya böhranına qarşı mübarizə aparmaq məqsədilə Avropa İttifaqı sammitində Türkiyəyə üç milyard avroluq yeni tranşın açılması ilə bağlı qərar qəbul olunub.

GunAz.az xəbər verir ki, bu haqda Avropa şurasının sədri Donald Tusk sammitin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

“Türkiyəyə növbəti maliyyə tranşının ayrılması və inkişafa yardım məqsədilə Afrika üçün Avropa Trest Fonduna 500 milyon avronun ayrılması ilə bağlı razılığa gəlmişik”, - deyə Tusk bildirib.

Türkiyə ilə Avropa İttifaqı arasında 2015-ci ildə bağlanmış sazişə əsasən, sonuncu Ankaraya miqrantların saxlanılması və maddi təminatı məqəsdilə 6 milyard avro maliyyə yardımı göstərməyi öhdəsinə götürüb.

Bunlardan ilk 3 milyardlıq tranş artıq köçülüb, sonuncu tranşın açılması isə buna qədər bir neçə dəfə ertələnib. (oxu.az)

скачать dle 12.1

Şərhlər