SON DƏQİQƏ

COVID-19-un nə vaxtadək yayılacaq?

Tarix:

9-03-2020, 19:47

/ 2 284 dəfə oxundu.
COVID-19-un nə vaxtadək yayılacaq?

COVİD-19 virusunun yayılmasının ən azı iyuna qədər davam edəcəyi gözlənilir.

GunAz.az xəbər verir ki, bu barədə Çinin baş epidemioloqu Jonq Nanşan açıqlayıb.

O qeyd edib ki, sərhədlərdə tibbi yoxlamalar gücləndirilməlidir. Bundan əlavə karantin tədbirləri əsasən dənizətrafı bölgələrdən gələnlərə şamil olunmalıdır.

Ölkənin Milli Səhiyyə Komissiyası son 24 saat ərzində Uhan şəhərində 40 yeni yoluxma halının qeydə alındığını, 22 nəfərin isə virusdan öldüyünü bildirib. Ümumilikdə isə  ölkəboyu virusa yoluxanların 80 735, ölənlərin 3 119 nəfərə çatdığını açıqlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ