SON DƏQİQƏ
» » Türkiyə S-400-dən imtina edə bilərmi? - Ərdoğan

Türkiyə S-400-dən imtina edə bilərmi? - Ərdoğan

Tarix:

6-03-2020, 14:16

/ 2 044 dəfə oxundu.
Türkiyə S-400-dən imtina edə bilərmi? - Ərdoğan

S-400 zenit raket sistemləri artıq bizim əmlakımızdır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.

“S-400 sistemləri ilə bağlı təlimlər davam edir. Demək olar ki, sistemləri tamamilə almışıq. Aprel ayından etibarən aktiv olacaq. Ötən gün Rusiya rəhbərliyinə də bildirdim ki, amerikalılara “bizə “Patriot” raket sistemlərini satmaq istəsəniz, alarıq” demişəm”, – Türkiyə lideri bildirib.

Qeyd edək ki, İdlibdə Suriya ordusunun Rusiyanın hava dəstəyi ilə hücumu və türk əsgərlərin şəhid olmasından sonra S-400-dən imtina məsələsi gündəmə gəlmişdi. Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın isə “Patriot”larla bağlı danışıqların davam etdiyini açıqlamışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ