SON DƏQİQƏ
» » Türkiyə ABŞ-dan “Boing” almaqdan imtina edir?

Türkiyə ABŞ-dan “Boing” almaqdan imtina edir?

Tarix:

26-07-2019, 21:56

/ 1 213 dəfə oxundu.
Türkiyə ABŞ-dan “Boing” almaqdan imtina edir?

Türkiyə ABŞ-dan təyyarə almaqdan imtina edə bilər.

TASS-ın xəbərinə görə, bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

“Mən Trampa Osakada keçirilən “Böyük iyirmilər” sammitində dedim ki, baxmayaraq ki, “Patriot” zenit raket kompleksi (ZRK) almaqdan imtina eləmişik, amma əvəzində 100 ədəd “Boing” təyyarəsinin alışı haqqında razılığımız var. Ödənişləri vaxtında eləyən, yaxşı müştəriyik. Ancaq əgər konflikt davam edərsə, biz bu məsələyə yenidən baxmalı olacağıq”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, səhmlərinin 49%-i dövlətə məxsus olan “Türk Hava Yolları” aviaşirkəti ABŞ-dan 75 ədəd “Boing 373 MAX” təyyarəsi alacaqları ilə bağlı açıqlama vermişdi. 2018-ci ildə əldə olunmuş razılığa əsasən, qardaş ölkə əlavə 25 ədəd “Boing 787-9 Dreamliner” də sifariş etmişdi. Təyyarələr 2023-cü ilə kimi Türkiyəyə təhvil veriləcəkdi.

Əlavə olaraq bildirək ki, Türkiyənin ABŞ-a məxsus “Patriot” ZRK-dan imtina edərək Rusiyadan “S-400” kompleksi alması iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olmuşdu. ABŞ da öz növbəsində Türkiyəyə “F-35” qırıcı təyyarələri satmaqdan imtina edəcəyini bildirmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ