SON DƏQİQƏ

Türkiyə İdlibə əlavə qüvvə yeridir

Tarix:

28-02-2020, 15:35

/ 2 024 dəfə oxundu.
Türkiyə İdlibə əlavə qüvvə yeridir

Türkiyə Silahlı Qüvvələri (TSQ) Kilisdən Suriyanın İdlib şəhərinə xüsusi təyinatlılar, artilleriya qoşunları, hərbi maşınlar və şəxsi heyət göndərir.

Bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələri yayıb.

Məlumata görə, artilleriya bölmələri, hərbi maşınlar və 22 maşından ibarət hərbi karvan əvvəlcə Hataya, oradan da İdlibə gedəcək.

Qeyd edək ki, Əsəd ordusunun ötən gecə İdlibdə hücumu nəticəsində 33 türk əsgəri şəhid olub.

Türk ordusu havadan və qurudan Əsəd ordusunun bütün bəlli hədəflərinə zərbələr endirir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ