SON DƏQİQƏ

İranda MÜHÜM GÜN

Tarix:

21-02-2020, 09:05

/ 1 784 dəfə oxundu.
İranda MÜHÜM GÜN

İranda 11-ci parlament seçkiləri keçirilir.
GunAz.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 8:00-da başlayıb və 18:00-a qədər davam edəcək. Məlumata görə, ehtiyac olarsa səsvermənin vaxtı bir neçə saat uzadılacaq. 57 milyon insanın səsvermə hüququnun olduğu bildirilir. 7140 namizəd 290 mandat uğrunda mübarizə aparacaq. Bəzi partiyalar seçkilərə qatılmadığına görə, fəallığın az olacağı ehtimal edilir.
Qeyd edək ki, İran həm iqtisadi həm də siyasi baxımdan çətin günlər yaşayır. Seçkilər ABŞ sanksiyalarının davam etdiyi dövrə təsadüf edir. Bundan əlavə, İran Ukrayna təyyarəsini səhvən vurduğuna görə ağır ittihamlarla üz-üzədir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ