SON DƏQİQƏ
» » Türkiyədə prezident və parlament seçkiləri başladı

Türkiyədə prezident və parlament seçkiləri başladı

Tarix:

24-06-2018, 08:32

/ 10 233 dəfə oxundu.
Türkiyədə prezident və parlament seçkiləri başladı

Türkiyədə yerli vaxtla saat 08:00-da prezident və parlament seçkilərində səsvermə başlayıb.

Gunaz.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək. Ümumilikdə Türkiyədə səsvermə hüququna 56 milyondan artıq insan malikdir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları iyunun 11-17-dək səs veriblər.

Xaricdə yaşayan və prezident və parlament seçkilərində səs verən Türkiyə vətəndaşlarının sayı 1 468 408 nəfər təşkil edib. Ümumilikdə xarici ölkələrdə yaşayan 3 470 323 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Səsvermə Türkiyənin 60 ölkədə 123 diplomatik missiyasında keçirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ