SON DƏQİQƏ
» » Türk ordusuna hücum edildi: Ankaradan NATO-ya çağırış

Türk ordusuna hücum edildi: Ankaradan NATO-ya çağırış

Tarix:

11-02-2020, 08:54

/ 2 779 dəfə oxundu.
Türk ordusuna hücum edildi: Ankaradan NATO-ya çağırış

Türkiyə İdlibdəki situasiya ilə bağlı NATO-nun dəstəyini gözləyir.

GunAz.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

“Biz daim NATO ilə əlaqədəyik, alyansla məsləhətləşmələr həyata keçiririk. O cümlədən Suriya ilə bağlı da... Biz istəyirik ki, terrorizmlə mübarizədə NATO bizim yanımızda olsun. NATO Türkiyə ilə həmrəylik göstərməlidir”, - deyə AKP sözçüsü bildirib.

Qeyd edək ki, İdlib bölgəsində ötən gün 5 türk əsgəri şəhid olub. Bunun ardınca türk ordusunun endirdiyi zərbələr nəticəsində Suriya rejiminin 101 əsgəri məhv edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ