SON DƏQİQƏ
» » Türkiyə İdlibdə qoşunlarını geri çəkməsi üçün Əsədə vaxt verib

Türkiyə İdlibdə qoşunlarını geri çəkməsi üçün Əsədə vaxt verib

Tarix:

5-02-2020, 17:30

/ 1 822 dəfə oxundu.
Türkiyə İdlibdə qoşunlarını geri çəkməsi üçün Əsədə vaxt verib

Əgər fevral ayının sonuna qədər Əsəd rejiminə aid qüvvələr İdlibdəki Türkiyə Silahlı Qüvvələrinin müşahidə postlarından geri çəkilməsə, o zaman Türkiyə bunu öz gücü hesabına etməyə məcbur olacaq.

GunAz.az-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında bildirib.

Onun sözlərinə görə, Türkiyə 1998-ci ildə Adana razılaşmasının müddəalarına əsasən Suriyada əməliyyatlar keçirir.

Ərdoğan bildirib ki, Suriya ilə bağlı anlaşmaya məhəl qoyulmur.

Prezidentin sözlərinə görə, Türkiyənin Suriyadakı varlığını sual altına alan hər kəs  Ankaranın və türk xalqının düşmənidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ