SON DƏQİQƏ
» » Yeddi müəllimə ağır cəza: Şallaqlama və… - İranda

Yeddi müəllimə ağır cəza: Şallaqlama və… - İranda

Tarix:

31-01-2020, 23:08

/ 2 395 dəfə oxundu.
Yeddi müəllimə ağır cəza: Şallaqlama və… - İranda

İran məhkəməsi Xorasan əyalətindən olan 7 müəllimə ümumilikdə 41 il həbs cəzası verib.

Bu barədə İran Müəllimlərinin Həmkarlar İttifaqı məlumat yayıb.

Açıqlamada təhsil işçilərinin 2018-ci ilin oktyabr-noyabr ayları zamanı müəllimlərin keçirdikləri etiraz aksiyaları zamanı saxlanıldığı bildirilib.

Məhkəmənin qərarına əsasən, müəllimlər - Məhəmmədrza Ramazanzadə 15 il həbs, 74 şallaq zərbəsi, Hüseyn Ramazanpur 8 il həbs, 2 dəfəyə 74 şallaq zərbəsi, Həmidrza Rəcayi 4 il həbs və siyasi partiyalarda üzvlükdən məhrumluq cəzalarına məhkum edilib.

Eləcə də Əli Forutən, Mustafa Robati, Səid Həqpərəst və Həsən Cövhəri hər biri 44 ay azadlıqdan məhrum olunub.

Müəllimlərin hökmlərdən verdikləri apelyasiya şikayəti isə təmin edilməyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ