SON DƏQİQƏ
» » İranın raket hücumunda xəsarət alan ABŞ hərbçilərinin sayı 64-ə çatıb

İranın raket hücumunda xəsarət alan ABŞ hərbçilərinin sayı 64-ə çatıb

Tarix:

31-01-2020, 19:10

/ 1 275 dəfə oxundu.
İranın raket hücumunda xəsarət alan ABŞ hərbçilərinin sayı 64-ə çatıb

İranın yanvarın 8-də İraqın Eynul-Əsəd bazasına raket zərbələrində yaralanan ABŞ hərbçilərinin sayı 64-ə çatıb.

GunAz.az CNN.Arabic-ə istinadla xəbər verir ki, bu barədə Pentaqon mənbələri məlumat veriblər.

Pentaqon mənbələri bildirib ki, İranın raket zərbələri nəticəsində kəllə-beyin travması və beyin silkələnməsi dianozu ilə xəsarət alanların sayı 64 nəfərə çatıb.

ABŞ Müdafiə Nazirliyi mənbələri bundan öncə sözügedən hücumda 50 əsgərin xəsarət aldığı və onlardan 20-in müalicə üçün İraqdan xaricə aparıldığını bildirmişdilər.

Qeyd edək ki, İranın bu ballistik hücumu, ABŞ-ın Qasim Süleymanini, Əbu-Mehdi əl-Mühəndisi və digər 8 iraqlı və iranlı hərbçini terror etməsinin cavabında həyata keçirilmişdi.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ