SON DƏQİQƏ
» » Səudiyyəyə dəhşətli hücum: Neft obyektləri, liman, hərbi baza...

Səudiyyəyə dəhşətli hücum: Neft obyektləri, liman, hərbi baza...

Tarix:

29-01-2020, 20:10

/ 1 272 dəfə oxundu.
Səudiyyəyə dəhşətli hücum: Neft obyektləri, liman, hərbi baza...

Husilər Səudiyyə Ərəbistanında “Saudi Aramko” şirkətinə məxsus neft obyektlərini vurub.

GunAz.az xəbər verir ki, Husilər Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramko”nun neft obyektlərini və Abha hava limanına hücum edib.

Bildirilir ki, əsasən zərbələr hava limanındakı anbarlara və digər hərbi texnikaların saxlanıldığı yerlərə yönəlib.

Qeyd edək ki, 2019-cu ilin sentyabr ayında "Saudi Aramko"nun iki zavoduna hücum gerçəkləşdirilmiş və zavodlarda uzunmüddətli yanğınlar olmuşdu.

***

Səudiyyə Ərəbistanına məxsus neft obyektlərinə endirilən raket zərbələri ilə bağlı husilər açıqlama yayıb.

Husilərin rəsmisi Yəhya Seri öncə Yəmənin paytaxtı Sənaya edilən raket hücumunun qarşısını aldıqlarını söyləyib.

O qeyd edib ki, Cev və Marib şəhərlərində 2500 kvadrat kilometrdən çox ərazini ələ keçiriblər. Nehm bölgəsi tamamilə husilərin nəzarətinə keçib.

Seri öz mövqelərinə edilən hücuma qarşılıq olaraq çox sayda raket və pilotsuz hava aparatı ilə Cazanda yerləşən "Aramko"nun neft obyektlərini, Abha və Cizandakı hava limanlarını və Xamis Muşaytdakı bir hərbi baza və ölkədəki bəzi həssas nöqtələri hədəf aldıqlarını söyləyib.

Qeyd edək ki, bir müddət öncə İrana məxsus silahların Yəmənə gətirilməsi barədə xəbər yayılmışdı. Ehtimal edilir ki, Səudiyyə Ərəbistanının strateji obyektləri məhz İrana məxsus silahlarla vurulub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ