SON DƏQİQƏ

Türkiyədə yenə zəlzələ BAŞ VERDİ

Tarix:

28-01-2020, 10:51

/ 1 287 dəfə oxundu.
Türkiyədə yenə zəlzələ BAŞ VERDİ

Türkiyədə seysmik fəallıq səngimək bilmir.

Anadolu agentliyi xəbər verir ki, Elazığ vilayətində rixter cədvəli üzrə 4,5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 3 gün əvvəl 6,8 bal gücündə yeraltı təkanın qeydə alındığı Sivricə rayonunda yerləşib. Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, Elazığ vilayətində baş verən 6,8 bal gücündəki zəlzələ nəticəsində 41 nəfər həyatını itirib. 1500 insan xəsarət alıb. Güclü zəlzələdən sonra bölgədə yüzlərlə afterşok qeydə alınıb.

скачать dle 12.1

Şərhlər