SON DƏQİQƏ
» » Zelenski ABŞ-a XƏBƏRDARLIQ etdi - Prezident seçkilərinə...

Zelenski ABŞ-a XƏBƏRDARLIQ etdi - Prezident seçkilərinə...

Tarix:

20-01-2020, 15:11

/ 1 273 dəfə oxundu.
Zelenski ABŞ-a XƏBƏRDARLIQ etdi - Prezident seçkilərinə...

ABŞ-ın Ukraynanı daxili siyasətinə qatmasını istəmirik.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Times of Israel" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, ABŞ ilə yaxşı münasibət qurmaq niyyətindədirlər, lakin Ukrayna və vətəndaşları rəsmi Vaşinqtonun daxili işlərinə qarışmaq niyyətində deyil:

"Mən qanunsuz nəsə etməmişəm. Ukrayna prezidenti kimi strateji tərəfdaşlarımızdan olan ABŞ ilə etibarlı və güclü münasibətlər qura bilmək üçün əlimdən gələni etdim. Lakin hər zaman Ukrayna və vətəndaşlarımızın ABŞ-ın daxili siyasətindəki iştirakından çəkinməsini istədim".

Qeyd edək ki, Zelenski ötən ilin noyabrında bəyan etmişdi ki, rəsmi Kiyev ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etmir.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ