SON DƏQİQƏ
» » Türkiyə sərhədində gərginlik: Suriya və İran hücuma keçdi

Türkiyə sərhədində gərginlik: Suriya və İran hücuma keçdi

Tarix:

17-01-2020, 22:05

/ 1 087 dəfə oxundu.
Türkiyə sərhədində gərginlik: Suriya və İran hücuma keçdi

Suriya ordusu İdlib təhlükəsizlik bölgəsinin qərb və cənub cəbhələri istiqamətində şiddətli hücumlar həyata keçirir.

GunAz.az Publik.az-a istinadən xəbər verir ki, hücumlar nəticəsində aralarında sakinlər də olmaqla, onlarla insan həlak olub. Dinc sakinlərin yerləşdiyi məntəqələrə və müxalif döyüşçülərin olduğu ərazilərə raket zərbələri endirilir. Məlumata görə, hücumlar üçün uzun müddətdir hazırlıq həyata keçirən silahlılar, bir neçə strateji önəmə malik qəsəbəni ələ keçirib. Əməliyyatlara İranın nəzarətindəki qruplaşmalar da fəal dəstək verir.

Qeyd edək ki, İdlib təhlükəsizlik bölgəsində Türkiyə ordusunun 10-a qədər müşahidə postları var. Hücumlardan sonra minlərlə insan Türkiyə sərhədinə axın edib. Bölgədə əlverişsiz hava şəraiti qaçqınlar üçün əlavə çətinliklər yaradıb.

скачать dle 12.1

Şərhlər