SON DƏQİQƏ
» » Ukrayna Baş nazirinin səsini gizlicə yazanın tapılması tələb edildi

Ukrayna Baş nazirinin səsini gizlicə yazanın tapılması tələb edildi

Tarix:

17-01-2020, 19:18

/ 1 280 dəfə oxundu.
Ukrayna Baş nazirinin səsini gizlicə yazanın tapılması tələb edildi

Ukrayna Prezidenti Vladimir Zelenski hüquq mühafizə orqanlarından Baş Nazir Aleksey Qonçarukun səsinin gizlicə yazılması ilə bağlı məsələnin araşdırılmasını tələb edib.
AZƏRTAC Ukrayna Prezidenti Ofisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı bu məsələnin araşdırılması üçün hüquq mühafizə orqanlarına iki həftə vaxt verib.
Qeyd edək ki, bu gün Baş Nazir A.Qonçaruk vəzifəsindən istefa verdiyini bəyan edib. Bir neçə gün öncə sosial şəbəkələrdə onun iştirakı ilə keçirilən müşavirənin gizli səs yazısı yayılıb. Səs yazısında A.Qonçaruk iqtisadiyyatda naşı olduğunu etiraf edib. Onun müşavirədə ölkə Prezidenti haqqında da fikirləri birmənalı qarşılanmayıb. Nazirlər Kabineti isə rəsmən qalmaqallı səs yazısının saxta olduğunu açıqlayıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ