SON DƏQİQƏ
» » “İranda sosial partlayış...” – Bölgədə həssas durum

“İranda sosial partlayış...” – Bölgədə həssas durum

Tarix:

17-01-2020, 16:37

/ 1 223 dəfə oxundu.
“İranda sosial partlayış...” – Bölgədə həssas durum

"ABŞ ancaq Avropa İttifaqındakı müttəfiqləri üzərindən İrana iqtisadi cəhətdən təzyiq göstərə bilər, Vaşinqtonun bundan başqa təsir mexanizmi yoxdur".

Bunu rusiyalı hərbi ekspert İvan Konovalov bildirib.

Ekspertin fikrincə, ehtimal olunan savaşda Tehran ABŞ-ın Suriya, İraq, Səudiyyə Ərəbistanı və bölgənin digər ölkələrindəki hərbi bazalarını məhv edəcək: "Buna görə də Vaşinqton yalnız iqtisadi terror metodlarından istifadə etmək məcburiyyətində qalır".

Konovalov qeyd edib ki, Birləşmiş Ştatlar İrana müharibə açmaqla Yaxın Şərqdəki nüfuzunu itirmək riskinə girə bilməz:

"Bu, Tehranın İraq, Suriya, Səudiyyə Ərəbistanı və bu ərazidəki digər ölkələrdəki Amerika aviabazalarına dərhal zərbə endirməsi ehtimalı ilə əlaqədardır. Vaşinqton İranda hakimiyyəti öz nəzarətində olmasına imkan verəcək sosial partlayış gözləyir. Ancaq bu planların uğur qazanacağı görünmür, ən azı yaxın gələcəkdə".

GunAz.az

скачать dle 12.1

Şərhlər