SON DƏQİQƏ

Türkiyə Liviyaya ordu göndərəcək

Tarix:

2-01-2020, 21:48

/ 2 035 dəfə oxundu.
Türkiyə Liviyaya ordu göndərəcək

Türkiyə Böyük Millət Məclisi bu gün növbədənkənar iclas keçirib. 

GunAz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, parlament Liviya hökumətinə yardım məqsədilə bu ölkəyə hərbi qüvvə göndərilməsi üçün təkliflər paketini müzakirə edib.  

Geniş müzakirədən sonra təkliflər səsə qoyulub. Səsvermədə iştirak edən 509 deputatdan 325 nəfəri təkliflər paketinin lehinə səs verib. 

Beş maddədən ibarət təkliflər paketində Liviyada nizami ordu yaradılması prosesində lazımi təlim və məsləhət xidməti vermək, Türkiyənin milli mənfəətlərinə təhdid vəziyyətində lazımi tədbirlər görmək, ölkədəki qeyri-qanuni silahlı qruplar və terror təşkilatları tərəfindən Türkiyənin mənfəətlərinə yönələ biləcək hücumların qarşısını almaq, Liviya xalqına humanitar yardım çatdırmaq, Liviya Milli Keçid Hökumətinin müraciət etdiyi hərbi dəstəyi təmin etmək kimi məqamlar əksini tapıb. 

Qeyd edək ki, Liviya Milli Keçid Hökuməti Türkiyəyə hərbi yardım üçün müraciət edib. 

скачать dle 12.1

Şərhlər