SON DƏQİQƏ
» » Somali paytaxtında partlayış törədilib, ölən 50 nəfərdən 4-ü türkiyəlidir (VİDEO)

Somali paytaxtında partlayış törədilib, ölən 50 nəfərdən 4-ü türkiyəlidir (VİDEO)

Tarix:

28-12-2019, 13:18

/ 1 040 dəfə oxundu.
Somali paytaxtında partlayış törədilib, ölən 50 nəfərdən 4-ü türkiyəlidir (VİDEO)

Bu gün Somali paytaxtı Moqadişonun cənub qərbində yerləşən kvartalların birində şiddətli partlayış törədlib.

GunAz.az xəbər verir ki, terror aktı bir minalanmış maşının kamikadze tərəfindən partladılması ilə həyata keçirilib.

Yerli KİV-lər ölənlərin azı 50 nəfər təşkil etdiyini bildirirlər.

Yerli "Dalsan" radiosu bəyan edib ki, ölənlərin arasında 4 Türkiyə vətəndaşı var.

Hərbi mənbələr, hücumun əsas hədəfinin Türkiyə vətəndaşlarının olduğunu ehtimal ediblər.

Bu hücumun əş-Şəbab qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.

https://youtu.be/ZvuNfzRm2co

скачать dle 12.1

Şərhlər