SON DƏQİQƏ
» » Kabildə şiddətli partlayış törədilib - Ölən və yaralananlar var (FOTO, VİDEO)

Kabildə şiddətli partlayış törədilib - Ölən və yaralananlar var (FOTO, VİDEO)

Tarix:

5-09-2019, 18:50

/ 1 344 dəfə oxundu.
Kabildə şiddətli partlayış törədilib - Ölən və yaralananlar var (FOTO, VİDEO)

Kabilin mərkəzi meydanlarının birində bir minalanmış nəqliyyat vasitəsi partladılıb. Ölənlər var.

GunAz.az  AvaPress-ə istinadla xəbər verir ki, partlayış bu gün saat 10 radələrində Kabilin Şeş-Dərək dairəsində baş verib.

Bir minalanmış nəqliyyat vasitəsinin partladılması nəticəsində azı 3 nəfər həlak olub və 30-dan çox şəxs yaralanıb.

Ətrafda olan obyektlərə, mənzillərə və onlarla nəqliyyat vasitəsinə ziyan dəyib.

Bu hücumu hələ heç bir qruplaşma üzərinə götürməyib.

Qeyd edək ki, cari ayın ikisində Kabildə 16 nəfərin ölümü ilə nəticələnən partlayışı Taliban öhdəsinə götürüb. Hazırda Taliban ABŞ -la danışıqlar aparır.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ