SON DƏQİQƏ
» » Vətəndaşlar hərbi təlimlərə məcbur edilir – Yeni qanun Ermənistanda etiraz yaratdı

Vətəndaşlar hərbi təlimlərə məcbur edilir – Yeni qanun Ermənistanda etiraz yaratdı

Tarix:

27-12-2019, 14:33

/ 1 096 dəfə oxundu.
Vətəndaşlar hərbi təlimlərə məcbur edilir – Yeni qanun Ermənistanda etiraz yaratdı

Ermənistanda ehtiyatda olan hərbçilərin təlimlərə qatılmaqdan boyun qaçırmasına görə nəzərdə tutulan cərimələr artırılıb.

GunAz.az xəbər verir ki, Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsi ehtiyatda olan hərbçilərin hərbi təlimlərdən yayınmasına görə inzibati məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutan dəyişiklikləri təsdiqləyib.

Qanun layihəsinə görə, məşqlərə və ya təlim düşərgələrinə gəlməməyə görə cəza 20 min dramdan 30 minə, qanun təkrarən pozulduğu təqdirdə cərimə 50 min drama qədər artırılacaq.

Hökumətin bu addımı son illərdə ehtiyatda olan kadrların hərbi təlimlərdən boyun qaçırması hallarının artması və ya kütləvi şəkildə ölkədən qaçmaları ilə əlaqədar atdığı bildirilib. Qanun layihəsi sosial şəbəkələrdə etirazlara səbəb olub.

Ermənistan hökuməti mülki vətəndaşları zorla hərbi təlimlərə cəlb etməkdə ittiham edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ