SON DƏQİQƏ
» » Putinin “güllə altına girmə” istəyi əmr deyil, ancaq əmr olsaydı... - Kadırov

Putinin “güllə altına girmə” istəyi əmr deyil, ancaq əmr olsaydı... - Kadırov

Tarix:

24-12-2019, 22:02

/ 838 dəfə oxundu.
Putinin “güllə altına girmə” istəyi əmr deyil, ancaq əmr olsaydı... - Kadırov

Rusiya Prezidenti Vladimir Putinin “güllə altına girməmək” istəyi əmr deyildi, əks halda heç vaxt itaətsizlik etməzdim.

“RİA Novosti” xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

Kadırov bildirib ki, Putin hər dəfə təhlükəli əməliyyatdan sonra ona bu cür sözlərlə müraciət edir.

“Siz sualı düzgün qoymadınız. Mən Ali Baş komandanın əmrini poza bilmərəm. O, məndən özümü qorumağımı istədi: “Ehtiyatlı ol, qarışma! Sən döyüşmüsən, iqtisadi sosial məsələlərlə məşğul ol!” Böyük kimi, prezident kimi o mənə məsləhət verir. Mən Putinin piyadasıyam, istənilən çətinlikdəki əmri yerinə yetirməyə hazıram. Buna görə də “güllə altına girməmək” əmr deyildi”, - Kadırov bildirib.

Kadırovun sözlərinə görə, Putin dəfələrlə ona bu cür müraciət edib, hər dəfə nəsə baş verdikdən sonra “özünü qoru” deyib.

скачать dle 12.1

Şərhlər