SON DƏQİQƏ
» » Kadırovdan Putini söyən jurnalistə ağır sözlər

Kadırovdan Putini söyən jurnalistə ağır sözlər

Tarix:

9-07-2019, 11:23

/ 1 977 dəfə oxundu.
Kadırovdan Putini söyən jurnalistə ağır sözlər

Çeçenistan lideri Ramzan Kadırov Gürcüstanın “Rustavi 2” telekanalının efirində Rusiya Prezidenti Vladimir Putinin ünvanına səsləndirilmiş təhqirlərə kəskin reaksiya verib.

GunAz.az xəbər verir ki, Kadırov qalmaqallı proqramın aparıcısı Georgi Qabuniyanı şərəfsiz, qorxaq adlandırıb, onu kişi hesab etmədiyini bildirib.

Kadırov həmçinin jurnalistin ən ağır şəkildə cəzalandırılmasını istəyib. Onun sözlərinə görə, bu canlı efirdə sərf olunan sözlər Qafqazda heç bir halda istifadə olunmur.

Kadırov hadisəni iyrənc bir təxribat adlandırmaqla bərabər, gözlənilmədən baş verən insident zamanı canlı yayımın dərhal dayandırılmalı olduğunu da söyləyib.

Cavab tədbiri kimi Çeçenistan rəhbəri Gürcüstana gedən bütün yolları bağlamağı təklif edib.

Qeyd edək ki, Rustavi-2-də yayımlanan “P.S.” proqramının aparıcısı Georgi Qabuniya Rusiya Prezidenti Vladimir Putinin ünvanına müxtəlif təhqiramiz ifadələr səsləndirib.

 

скачать dle 12.1

Şərhlər