SON DƏQİQƏ
» » Rusiya-Azərbaycan əlaqələri yeni müstəviyə keçir- RƏY

Rusiya-Azərbaycan əlaqələri yeni müstəviyə keçir- RƏY

Tarix:

29-11-2019, 10:00

/ 1 311 dəfə oxundu.
Rusiya-Azərbaycan əlaqələri yeni müstəviyə keçir- RƏY

Azərbaycan həyata keçirdiyi uğurlu xarici siyasət kursu ilə yaxın-uzaq ölkələrlə yüksək səviyyədə əməkdaşlıq qurur, bu əməkdaşlığı hər ötən il yeni bir mərhələyə daşıyır. Bu gün təkcə region ölkələri deyil, eləcə də Avropa, Asiya, Qərb dövlətləri Azərbaycana Cənubi Qafqaz regionunda etibarlı tərəfdaş, strateji müttəfiq kimi baxırlar. Müntəzəm olaraq müxtəlif ölkələrin dövlət və hökumət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və həmin səfərlər zamanı aparılan müzakirələr,  əldə edilən razılaşmalar, imzalanan sazişlər fonunda bunu əyani görmək mümkündür.

Azərbaycanın günümüzdə yüksək səviyyədə əməkdaşlıq etdiyi ölkələr sırasında Rusiya Federasiyasının xüsusi yeri və rolu var. Dərin tarixi, mədəni köklərə bağlı olan bu əlaqələrin belə yüksək səviyyədə inkişaf etməsinə səbəb olan əsas amillərdən biri də hər iki ölkənin rəhbərliyi arasında dostluq münasibətlərinin mövcud olmasıdır. Bu gün həm strateji müttəfiq, həm də yaxın qonşu və dost olan Rusiya-Azərbaycan münasibətlərinin belə yüksək səviyyədə olması Moskva kimi Bakının da maraqlarına xidmət edir. Çünki Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olmaqla yanaşı yuxarıda qeyd etdiyimiz kimi etibarlı tərəfdaş imici də formalaşdırıb və hər zaman öz yaxın müttəfiqlərini müdafiə edib, onlarla həmrəylik nümayiş etdirib. Məhz Azərbaycanın bu müttəfiqliyi, etibarlı tərəfdaşlığı Bakını Moskva üçün daha cəlbedici edir desək yanılmarıq. Elə əksər ekspertlər də bu qənaətdədirlər.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya-Azərbaycan əlaqələri yeni müstəviyə keçir. Onun sözlərinə görə, burada  siyasi-iqtisadi və hərbi-texniki əməkdaşlığın yeni çalarları özündə ehtiva edilir: "Rusiyanın ölkəmizə gələn il yeni müxtəlif növ  silahlar satacağı gözlənilir.  Qeyd edim ki, Qərblə Rusiya arasında yeni təsir zonalarının yaradılması istiqamətində mübarizə gedir. Məhz Moskva Cənubi Qafqazda öz dominantlığını saxlamaq, regionda mövqeyini möhkəmləndirmək üçün Azərbaycanla əməkdaşlığı yeni mərhələyə qaldırmağa çalışır. Məlumdur ki, Cənubi Qafqaz yeni dünya nizamının formalaşmasında əsas geosiyasi mərkəzlərdən biridir. Geopolitik qarşıdurmada Kreml Azərbaycanın önəmini artıq qəbul etməkdədir. Ölkəmizin Avrasiya İqtisadi İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Gömrük İttifaqına üzv olması üçün müəyyən mesajlar verir, çalışır. Kremldə artıq anlayırlar ki,  Azərbaycanla əlaqələrin yüksək səviyyədə olması regiona nəzarət deməkdir".

Məhəmməd Əsədullazadə deyib ki, rəsmi Bakının Kremllə əməkdaşlığı yüksək səviyyəyə qaldırması, yüksək səviyyədə həyata keçirilən  səfərlər əlaqələrin yeni inkişaf dinamizminindən xəbər verir. Azərbaycanla Rusiya arasında ciddi problemlər yoxdur, iki qonşu dövlət olaraq  əməkdaşlıq təbiidir ".

Politoloq hesab edir ki, dünyada yeni dəyişikliklər fonunda Kreml öz siyasətində dəyişikliklər edib, Azərbaycana dəstək verərsə, geosiyasi qalib Moskva ola bilər: "İkitərəfli əlaqələrin inkişafı fonunda Kreml Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini müdafiə edəcəkmi və Ermənistana təsir edib əraziləri boşaldacaqmı, bu, gələcəyin söhbətidir. Hadisələrin inkişaf axarında Moskva ilk növbədə Azərbaycanı öz regional təşkilatlarına üzv edib,  sonra münaqişənin həllinə ciddi yanaşmasını ortaya qoymaq istəyir.  Rusiyanın Azərbaycandan istəkləri çoxdur, amma Azərbaycanın Rusiyadan tək bir istəyi var.-Qarabağ münaqişəsində neytrallığını elan et.  Bakı ilə Moskva arasında sıxlaşan bu əlaqələr Kremli neytral edəcəkmi?! Bu düşündürücü  sual olaraq qalır".

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ