SON DƏQİQƏ
» » Taliban liderinin müavini Molla Bəradər Cavad Zəriflə görüşüb

Taliban liderinin müavini Molla Bəradər Cavad Zəriflə görüşüb

Tarix:

27-11-2019, 19:30

/ 1 896 dəfə oxundu.
Taliban liderinin müavini Molla Bəradər Cavad Zəriflə görüşüb

"Taliban hərəkatının lider müavini Molla Bəradərin başçılıq etdiyi nümayəndə heyəti İrana səfər edərək, İran XİN rəhbəri Məhəmməd Cavad Zərifin qəbulunda olublar."

GunAz.az xəbər verir ki, bunu Taliban hərəkatının Qətərdəki ofisinin rəhbəri Suheyl Şahin rəsmi twitter səhifəsində yazıb.

Taliban nümayəndəsi bildirib ki, Molla Bəradərin başçılıq etdiyi nümayəndə heyəti cari həftədə İrana səfər edərək, bu ölkə rəsmilərilə, xüsusilə də Məhəmməd Cavad Zəriflə görüşərək, Əfqanıstanda sülhün və sabitiyin bərpası istiqamətində danışıq məsələlərini və İrandakı əfqanıstanlı mühacirlərin vəziyyətini müzakirə ediblər.

Talibanın rəsmi sözçüsü Zəbihullah Mücahid, eləcə də İranın rəsmi mənbələri bu məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, Talibanla ABŞ-ın danışıqlarının dayanmasından sonra bu ikinci dəfədir ki, hərəkat İrana nümayəndə heyəti göndərir. Taliban son il ərzində Əfqanıstanda sülhlə bağlı Moskva, İslamabad, Qətər, ABŞ eləcə də İran rəsmilərilə danışıqlar aparıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər