SON DƏQİQƏ
» » ABŞ İranın rabitə və informasiya texnologiyaları nazirinə sanksiya tətbiq edib

ABŞ İranın rabitə və informasiya texnologiyaları nazirinə sanksiya tətbiq edib

Tarix:

23-11-2019, 19:50

/ 1 274 dəfə oxundu.
ABŞ İranın rabitə və informasiya texnologiyaları nazirinə sanksiya tətbiq edib

ABŞ hökuməti İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd-Cavad Azəri Cəhromiyə sanksiya tətbiq edib.

GunAz.az xəbər verir ki, bu barədə ABŞ-ın Xəzinədarlıq Departamenti bəyanat verib.

Bəyanatda bildirilib ki, "Azəri Cəhromi İranda internetə qoyulan məhdudiyyətlərə və senzuraya görə sanksiyalar siyahısına salınıb."

Sanksiyalara əsasən nazirin ABŞ-da olan əmlakı və xarici hesablarına əl qoyula bilər.

Qeyd edək ki, İranda ötən həftə benzinin qiymətinin qalxmasından sonra baş verən etirazlar, iğtişaş, qarət və toqquşmalardan sonra ölkədə intenet xidmətinə məhdudiyyətlər qoyulub.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ