SON DƏQİQƏ

BRİKS sammiti: Liderlər Braziliyaya toplaşdı

Tarix:

14-11-2019, 15:23

/ 354 dəfə oxundu.
BRİKS sammiti: Liderlər Braziliyaya toplaşdı

Braziliyada BRİKS sammiti öz işinə başlayıb.

Paytaxt Braziliyada 13-14 noyabr tarixlərində baş tutacaq sammitdə Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasının liderləri ilə yanaşı, ev sahibi Braziliyanın da dövlət başçısı iştirak edəcək.

Sammitdə iki plenar iclasın keçirilməsi nəzərdə tutulub.

Qapalı keçiriləcək iclaslardan biri beynəlxalq aktual məsələlərə həsr ediləcək.

Digər iclas isə açıq şəkildə keçiriləcək və BRİKS ölkələrinin qarşılıqlı əlaqələrinə, o cümlədən iqtisadi inkişafa, strateji partnyorluğa və investisiya əməkdaşlığına həsr ediləcək.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər