SON DƏQİQƏ
» » Ölkədə siyasi çaxnaşma: 8 nazir istefaya göndərildi

Ölkədə siyasi çaxnaşma: 8 nazir istefaya göndərildi

Tarix:

29-10-2019, 19:42

/ 1 740 dəfə oxundu.
Ölkədə siyasi çaxnaşma: 8 nazir istefaya göndərildi

Çilidə 8 nazir tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bu barədə Çili dövlət başçısı Sebastyan Pinera açıqlama verib.

Pinera üç gün əvvəl hökumətdəki bütün nazirlərin istefasını tələb etmişdi.

Keçən həftə ölkədə baş verən etiraz aksiyalarda iştirak edənləri "cinayətkar” adlandıran daxili işlər naziri Andres Çadvik də istefaya göndərilənlər arasında yer alıb.

Bundan başqa maliyyə, müdafiə, iqtisadiyyat və idman nazirləri də istefaya göndərilib.

Çilidə 15 gün əvvəl hökumətin qiymət artım qərarı etirazlara səbəb olub. Etirazların genişlənməsindən sonra ölkədə fövqaladə hal elan edilmiş, küçəyə çıxmağa qadağası tətbiq olunmuşdu.

скачать dle 12.1

Şərhlər