SON DƏQİQƏ
» » NASA nümayəndəsi açıqladı - Gözlər 2022-ci ilin dekabrında...

NASA nümayəndəsi açıqladı - Gözlər 2022-ci ilin dekabrında...

Tarix:

26-10-2019, 16:32

/ 1 292 dəfə oxundu.
NASA nümayəndəsi açıqladı - Gözlər 2022-ci ilin dekabrında...

Robot Ayda su birtkilərini axtaracaq. VİPER adlı su axtaran robotunun 2024-cü ildə planlaşdırılan "Aya yolçuluq" proqramına dəstək verəcəyi gözlənilir.

NASA nümayəndəsi Cim Bridenstin cümə günü Vaşinqtondakı Beynəlxalq Astronomiya Konqresində etdiyi çıxışda "VİPER su qaynağının harada olacağını dəyərləndirəcək. Suyu nəhayət üzə çıxaracayıq. Bu layihə niyə bu qədər önəmlidir? Çünki su yaşamağımızı davam etdirmək üçün ən böyük vasitələrdən biridir" deyib.

Robot VİPER-in 2022-ci ilin dekabrında Ayın cənub bölgəsinə çatması, hidrogen və oksigen izləri üçün nümunə alması üçün dörd aləti daşıması gözlənilir. NASA-nın Kaliforniyadakı Ames Araşdırma Mərkəzi Robot VİPER-in ilk 100 gün axtardığı nəticələri istifadə edərək Ayın ilk su qaynaqları xəritəsini tərdtib edəcək.

скачать dle 12.1

Şərhlər