SON DƏQİQƏ
» » Ədoğan: “ABŞ qırmızı bülletendə olan bu terrorçunu Türkiyəyə təslim etməlidir”

Ədoğan: “ABŞ qırmızı bülletendə olan bu terrorçunu Türkiyəyə təslim etməlidir”

Tarix:

25-10-2019, 08:23

/ 1 387 dəfə oxundu.
Ədoğan: “ABŞ qırmızı bülletendə olan bu terrorçunu  Türkiyəyə təslim etməlidir”

“Məzlum kod adlı şəxs İnterpol xətti ilə qırmızı bülletenlə axtarışda olan terrorçudur. ABŞ-ın bu adamı bizə təslim etməsi lazımdır”.

Avromedia.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə verdiyi müsahibəsində bildirib.

O deyib ki, ABŞ-la aralarında ittiham olunan cinayətkarların geri qaytarılması anlaşması var: “Çünki qırmızı büllütenlə axtarışın tələbi budur. Ədliyyə nazirinə də söylədim, onlar da lazım olan sənədləşmə ilə bu tələbdə olacaqlar. Bunun üçün çalışırıq”.

Qeyd edək ki, bir neçə gün öncə Suriyada terror təşkilatlarından biri olan Suriya Demokratik Güclərinin (SDG) başçısı general Məzlum Kobanidə atəşkəs üçün ABŞ Prezidenti Donald Trampa təşəkkür etmişdi. Tramp isə tvıtter hesabından “Səni yaxın bir zamanda görməyi səbirsizliklə gözləyəcəm”, deyə Məzluma qarşılıq vermişdi.

Nuranə

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ