SON DƏQİQƏ
» » Rusiya İrəvana nota göndərəcək: Silah qalmaqalı

Rusiya İrəvana nota göndərəcək: Silah qalmaqalı

Tarix:

24-10-2019, 09:57

/ 748 dəfə oxundu.
Rusiya İrəvana nota göndərəcək: Silah qalmaqalı

Rusiyanın ORSİS kompaniyasının iştirak etdiyi tenderin dayandırılmasına görə rəsmi Moskva İrəvana etiraz notası göndərəcək.

GunAz.az xəbər verir ki, bu barədə RİA yazıb.

Məlumata görə, Moskva həmçinin Ermənistanın Müdafiə naziri David Tonoyandan sözügedən məsələnin tənzimlənməsini istəyəcək.

Nota artıq Rusiya XİN-ə daxil olub və tezliklə Ermənistana göndəriləcək. Sənəddə deyilir ki, ORSİS şirkətinin tenderdə iştirakla bağlı ərizəsi heç bir əsas göstərilmədən ləğv edilib və qurum Ermənistan Silahlı Qüvvələrinin qara siyahısına salınıb.

Nota 22 oktyabr 2019-cu ildə Rusiyanın Sənaye və Ticarət nazirinin müavini Oleq Ryazantsev tərəfindən imzalanıb və David Tonoyana ünvanlanıb.

Xatırladaq ki, Ermənistanda Rusiyanın ORSİS şirkətinin qatıldığı silah tədarükü üzrə tenderin dayandırılmasından sonra cinayət işi açılıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ