SON DƏQİQƏ
» » Hulusi Akar əməliyyat keçirildiyi sərhəddə – Açıqlama verdi

Hulusi Akar əməliyyat keçirildiyi sərhəddə – Açıqlama verdi

Tarix:

12-10-2019, 13:52

/ 1 310 dəfə oxundu.
Hulusi Akar əməliyyat keçirildiyi sərhəddə – Açıqlama verdi

Türkiyə müdafiə naziri Hulusi Akar Quru Qoşunları komandanlığının sərhəd xəttindəki Qərargah Mərkəzinə gələrək "Sülh çeşməsi" əməliyyatında son durumu araşdırıb.

Əməliyyatın gedişi, ortaya çıxan yeni vəziyyət haqqında məlumat alan və özünün təlimatlarını verən general Akar səhər saatlarına qədər Qərargah Mərkəzində qalaraq fəaliyyətini burada davam etdirib.

Müdafiə naziri bəyan edib ki, ABŞ və koalisiya əsgərlərinin vurulması müzakirə mövzusu deyil: "Onsuz da qərargahımızla ABŞ arasında lazım olan koordinasiya həyata keçirilir".

Müdafiə nazirini Suriya ilə sərhədə qədər Türkiyə Silahlı Qüvvələrinin ordu birləşmələrinin komandanları da müşayiət edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ