SON DƏQİQƏ
» » S-400-ün əldə edilməsi bir zərurətdir - Hulusi Akar

S-400-ün əldə edilməsi bir zərurətdir - Hulusi Akar

Tarix:

13-07-2019, 15:36

/ 1 923 dəfə oxundu.
S-400-ün  əldə edilməsi bir zərurətdir - Hulusi Akar

 S-400 hava müdafiə  sistemlərinin əldə edilməsi tərcih deyil, bir zərurətdir. GunAz.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Milli Müdafiə naziri Hulusi Akar Pentaqonun rəhbəri Mark Esper ilə telefon danışığında bildirib.

"Türkiyə ciddi hava və raket  təhdidləri ilə üzləşir. Bu baxımdan S-400 müdafiə sistemlərinin əldə edilməsi seçim  deyil, bir zərurətdir", Müdafiə nazirliyinin məlumatında deyilir.

Məlumata görə, Akar qeyd edib ki, Ankara ABŞ-dan Patriot hava müdafiə sistemi ilə bağlı təklifləri də nəzərdən keçirir.

Türkiyə Müdafiə Nazirliyinin rəhbəri, F-35 layihəsinin həyata keçirilməsinin vacib olduğunu vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ