SON DƏQİQƏ
» » Türkiyə S-400-lə bağlı Pentaqonun məktubuna görə narahatlığını qarşı tərəfə çatdırıb

Türkiyə S-400-lə bağlı Pentaqonun məktubuna görə narahatlığını qarşı tərəfə çatdırıb

Tarix:

13-06-2019, 17:40

/ 1 926 dəfə oxundu.
Türkiyə S-400-lə bağlı Pentaqonun məktubuna görə narahatlığını qarşı tərəfə çatdırıb

Türkiyə müdafiə naziri Hulusi Akar  Pentaqonun rəhbəri vəzifəsini icra edən Partik Şanahanla telefon danışığı keçirib. GunAz.az xəbər verir ki, telefon söhbətində Akar Şanahanın məktubu ilə bağlı narahatlığı ifadə edib. Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. 

"Akar həmkarı Şanahanın göndərdiyi məktubla bağlı narahatlığını çatdırıb, məktubun üslubu və məzmununun müttəfiqlik ruhuna zidd olduğunu qeyd edib. Hər iki nazir Brüsseldə keçiriləcək NATO Müdafiə nazirlərinin iclasında müzakirələri davam etdirmək barədə razılığa gəlib", nazirliyiin açıqlamasında deyilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ