SON DƏQİQƏ

"Ölü" öz cənazəsindən sonra EVƏ QAYITDI

Tarix:

11-10-2019, 12:26

/ 1 835 dəfə oxundu.
"Ölü" öz cənazəsindən sonra EVƏ QAYITDI

İndoneziyanın Şərqi Java əyalətinin sakini öz cənazəsindən sonra evinə qaydıb.

GunAz.az xəbər verir ki, bu barədə məlumatı  "Asia One" nəşri yayıb.

Hadisə naməlum bir kişinin motosiklet  qəzasında həlak olmasından  başlayıb.

Meyitin üzərindən heç bir sənədin çıxmaması araşdırma aparan polisləri çaşdırıb. Həlak olan kişinin sifəti deformasiyaya uğradığına görə, meyitin kimliyini  müəyyənləşdirmək qeyri-mümkün olub. 

Bundan sonra polis motosikletin kimə məxsus olduğunu araşdırıraq, ölən insanın məhz onun sahibi 40 yaşlı Sunarto olduğu qənaətinə gəlib. Onlar meyitin qalıqlarını Sunartonun ailəsinə təhvil veriblər. Basdırılandan 7 saat sonra isə "ölü"evə qayıdıb. 

O, bildirib ki, ölümü barədə iş yoldaşlarından eşidib. Sunatro 3 ay əvvəl tanışı Varim adlı şəxsdən borc aldığını deyib. Zəmanət olaraq isə motosikletini ona verib. Qəzada da ölən məhz Varim olub.

Varimin qohumları səhvi biləndən sonra meyiti geri qaytarmamaq qərarına gəliblər. Onlar qəbir daşındakı adın dəyişdirilməsi ilə kifayətləniblər.

N.SAFURA

скачать dle 12.1

Şərhlər