SON DƏQİQƏ
» » Cavad Zərif iranlı diplomatın Nyu-Yorkda terroara məruz qalması iddiasını təkzib edib

Cavad Zərif iranlı diplomatın Nyu-Yorkda terroara məruz qalması iddiasını təkzib edib

Tarix:

7-10-2019, 16:30

/ 1 315 dəfə oxundu.
Cavad Zərif iranlı diplomatın Nyu-Yorkda terroara məruz qalması iddiasını təkzib edib

"Diplomat Məcid Təxti-Rəvançinin bioloji terrora məruz qalmasını təkzib edirəm."

GunAz.az İSNA-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Xərçəng xəstəliyi ilə bağlı Nyu-York xəstəxanalarının birinə yerləşdirilən İranın BMT-dəki rəsmi nümayəndəsi Məcid Təxti-Rəvançinin son durumu haqda sualları cavablandıran Məhəmməd Cavad Zərif bildirib ki, onun bioloji terrora məruz qalması xəbəri doğru deyil.

Cavad Zərif bildirib ki, iranlı diplomat xəstəliyinə görə dərhal əməliyyat olunub və indi də kimyaterapiya edilir.

Qeyd edək ki, Cavad Zərif Nyu-Yorkda olan zaman iranlı diplomata baş çəkmək istəsə də ABŞ buna mane olub və XİN rəhbərininin hərəkət istiqamətlərinə məhdudiyyət tətbiq edib. ABŞ Cavad Zərifin xəstə diplomata baş çəkməsi müqabilində İranda olan bir amerikalı məhbusun azadlığını tələb etmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ