SON DƏQİQƏ
» » ABŞ hökuməti Cavad Zərifə Nyu-York xəstəxanasında yatan iranlı diplomata baş çəkməyə icazə verməyib

ABŞ hökuməti Cavad Zərifə Nyu-York xəstəxanasında yatan iranlı diplomata baş çəkməyə icazə verməyib

Tarix:

28-09-2019, 18:10

/ 715 dəfə oxundu.
ABŞ hökuməti Cavad Zərifə Nyu-York xəstəxanasında yatan iranlı diplomata baş çəkməyə icazə verməyib

ABŞ hökuməti Məhəmməd Cavad Zərifə İranın BMT-dəki rəsmi nümayəndəsi Məcid Təxti-Rəvançiyə baş çəkməyə icazə verməyib.

GunAz.az  BBC-ə istinadla xəbər verir ki, ABŞ hökuməti rəsmiləri Cavad Zərifə bildiriblər ki, xəstəxanaya yerləşdirilən iranlı diplomat Məcid Təxti-Rəvançiyə baş çəkmək üçün Tehrandakı bir məhbus azad edilməlidir.

ABŞ-ın Xarici İşlər Nazirliyi xəstələnmiş iranlı diplomata baş çəkmək üçün Cavad Zərif qarşısında belə bir şərtin qoyulmasını təsdiqləyib.

Qeyd edək ki, İranın BMT-dəki nümayəndəsi Məcid-Təxti-Rəvançinin xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilir. Onun İrana qayıdacağı ehtimal edilir.

Xatırladaq ki, ABŞ hökuməti BMT Baş Assambleyasının 74-cü toplantısına qatılan İran nümayəndə heyətinin hərəkət istiqamətlərinə ciddi məhdudiyyətlər tətbiq edib.

N.SAFURA

 

скачать dle 12.1

Şərhlər