SON DƏQİQƏ
» » ABŞ Cavad Zərifi İranın qanunsuz nümayəndəsi elan edib

ABŞ Cavad Zərifi İranın qanunsuz nümayəndəsi elan edib

Tarix:

1-08-2019, 20:48

/ 1 305 dəfə oxundu.
ABŞ Cavad Zərifi İranın qanunsuz nümayəndəsi elan edib

ABŞ-ın İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiyaları, Vaşinqtonun onu ölkəsinin qeyri-qanuni nümayəndəsi və fəaliyyətini  qanunsuz hesab etməsinin bir işarəsidir. GunAz.az-ın "İnterfaks"a istinadla verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin Milli Təhlükəsizlik Müşaviri Con Bolton "Fox Business"ə verdiyi müsahibəsində söyləyib. 

Onun sözlərinə görə, Zərifin ABŞ-dakı bütün aktivlərini dondurulacaq və Amerika vətəndaşları ilə qarşılıqlı əlaqəsi məhdudlaşdırılacaq.

"Bu, prezidentin qəbul etdiyi çox vacib qərardır, bu o deməkdir ki, biz xarici işlər naziri Cavad Zərifi İranın qanunsuz nümayəndəsi hesab edirik", Bolton deyib.

скачать dle 12.1

Şərhlər