SON DƏQİQƏ
» » Kaşıkçı cinayəti məhkəmədənkənar edam idi - BMT rəsmisi

Kaşıkçı cinayəti məhkəmədənkənar edam idi - BMT rəsmisi

Tarix:

2-10-2019, 17:30

/ 913 dəfə oxundu.
Kaşıkçı cinayəti məhkəmədənkənar edam idi - BMT rəsmisi

BMT İnsan hüquqları ali komissarlığı ofisinin nümayəndəsi və məhkəməsiz icra olunan edamlar üzrə xüsusi məruzəçisi Anes Kallamar, jurnalist Cemal Kaşıkçının qətlinin "məhkəmədənkənar edam" olduğu barədə komissiyanın rəyini "inadkarlıqla" rədd edən Səudiyyə hökumətini tənqid edib.

GunAz.az-ın "Anadolu"ya istinadla verdiyi xəbərə görə, Kallamar, Twitter-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın "qətl hadisəsinə görə məsuliyyət daşıdığına dair" açıqlamasını şərh edib. 

Onun fikrincə, vəliəhd Kaşıkçı qətlinin “dövlət cinayəti” olduğunu “istəmədən etiraf edib”.

“Bu, onun nəzarəti altında baş verib. Beləliklə, dövlətin qətllə əlaqəsi var", Kallamar yazıb.

O, Səudiyyə hakimiyyətinin hələ də bu cinayətə görə rəsmi olaraq üzr istəmədiyini xatırladıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ