SON DƏQİQƏ
» » Çin ən təhlükəli qitələrarası nüvə raketini nümayiş etdirib (VİDEO)

Çin ən təhlükəli qitələrarası nüvə raketini nümayiş etdirib (VİDEO)

Tarix:

1-10-2019, 20:40

/ 1 907 dəfə oxundu.
Çin ən təhlükəli qitələrarası nüvə raketini nümayiş etdirib (VİDEO)

Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü münasibətilə keçirilən nümayişdə DF-41 raketi nümayiş etdirilib.

GunAz.az  RT-ə istinadla xəbər verir ki, ilk dəfə olaraq Çin qitələrarası atom raketi 12 min km məsafəni qət edə bilən DF-41 raketini nümayiş etdirib.

Yalnız yerli istehsal silah və hərbi texnikanın nümayiş etdirildiyi paradda ilk dəfə təqdim olunan silahlar arasında "Dongfeng-41" adlı qitələrarası strateji ballistik raket kompleksi daha çox diqqət çəkib. Hərbi paradda Çin nüvə-raket qüvvələrinin əsasını təşkil edən 16 ədəd "Dongfeng-41" kompleksinin keçidi olub.

DF-41 ("Dunfen -41","Şərq küləyi") Çində 1980-cı ildən hazırlanır, raketin sınaqları 2012-ci ildən başlayıb. Müxtəlif mənbələrin məlumatına görə, bu raket 12-14 min kilometr uçuş məsafəsinə sahibdir. Raketin uzunluğu 21, korpusun diametri 2,2-2,5 metrə çatır. Atış dəqiqliyi 100-500 metr aralığındadır.

https://www.youtube.com/watch?v=CMUbpMTfZtE

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ