SON DƏQİQƏ
» » Azərbaycanın Türkiyədən aldığı dəhşətli raketlər dünyaya səs saldı - VİDEO

Azərbaycanın Türkiyədən aldığı dəhşətli raketlər dünyaya səs saldı - VİDEO

Tarix:

26-06-2018, 16:11

/ 10 257 dəfə oxundu.
Azərbaycanın Türkiyədən aldığı dəhşətli raketlər dünyaya səs saldı - VİDEO

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş hərbi paradda nümayiş olunan silahlar işğalçı Ermənistanda qorxuya səbəb olmaqla yanaşı, dünyada bir çox ölkənin diqqətini cəlb edib.

Gunaz.Az “Publika.az”a istinadən xəbər verir ki, hərbi paradda Türkiyənin ROKETSAN şirkətinin istehsalı olan SOM ailəsinə aid SOM-B1 raketi də nümayiş olunub.

Türkiyə mediası yazır ki, Azərbaycan Silahlı Qüvvələri SOM-B1 raketini arsenalına yeni daxil edib.

Azərbaycan SOM raketini istifadə edən ilk xarici ölkədir. Quru və dənizdəki hədəfləri məhv etmək üçün hazırlanan Som-B1 raketi 230 kiloqram döyüş mərmisinə sahibdir. Raket 250 kilometrdəki hədəfi məhv etmək bacarığına malikdir.

 

скачать dle 12.1

Şərhlər