SON DƏQİQƏ
» » İmran Xan Kəşmirdə: Ağrı-acılarınızı bölüşürəm...

İmran Xan Kəşmirdə: Ağrı-acılarınızı bölüşürəm...

Tarix:

30-09-2019, 20:05

/ 1 850 dəfə oxundu.
İmran Xan Kəşmirdə: Ağrı-acılarınızı bölüşürəm...

Pakistanın Baş naziri İmran Xan Azad Kəşmirdə üç gün əvvəl baş vermiş və 40 insanın ölümünə, 800 nəfərin yaralanmasına səbəb olan zəlzələdən zərərçəkənlərə baş çəkib.

GunAz.az xəbər verir ki, hazırda xəstəxanalarda müalicə olunan 172 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

İmran Xan Azad Kəşmir bölgəsinin rəhbəri Faruq Heydərlə birlikdə Mirpur şəhərində təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə aparılan işlərlə tanış olub. Baş nazir sonra yerli hospitala gedərək yaralıların səhhəti ilə maraqlanıb. “Mirpur şəhərinin sakinlərinə böyük ehtiramım var və sizin ağrı-acılarınızı bölüşürəm”, - deyə İmran Xan qeyd edib.

Baş nazirə məlumat verilib ki, zəlzələ nəticəsində Mirpur, Cehlum, Kotli və Bhimber rayonlarında 5 mindən çox ev dağılıb və sakinlər Pəncab vilayətindəki çadır şəhərciyində yerləşdirilib. İmran Xan xəsarət alanların müalicəsi və evlərin bərpası üçün əlavə vəsait ayrılacağını bildirib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ