SON DƏQİQƏ

"Twitter"in işində problemlər yarandı

Tarix:

28-09-2019, 11:58

/ 1 113 dəfə oxundu.
"Twitter"in işində problemlər yarandı

Dünyanın bir sıra ölkələrində "Twitter" mikrobloq xidmətinin işində fasilələr yaranıb.

Bu barədə "Downdetector" portalı yazıb.

Məlumata əsasən, xidmətdəki texniki nasazlıqlar ən çox ABŞ, Yaponiya və Böyük Britaniyada müşahidə olunub. Çox sayda şikayət, xüsusilə BMT Baş Assambleyasının 74-cü sessiyasının keçirildiyi Nyu-Yorkdan gəlib.

İstifadəçilərin əksəriyyəti sosial şəbəkə saytına daxil ola bilmir (53%). 24% iPhone və ya iPad üçün tətbiqində, digər 22% Android üçün tətbiqində problemlərlə qarşılaşıb.

скачать dle 12.1

Şərhlər