SON DƏQİQƏ
» » Ruhani 3 Avropa dövlətinin Aramco-ya hücumda İranı ittihamlandırmalarına sərt reaksiya verib

Ruhani 3 Avropa dövlətinin Aramco-ya hücumda İranı ittihamlandırmalarına sərt reaksiya verib

Tarix:

24-09-2019, 18:30

/ 1 869 dəfə oxundu.
Ruhani 3 Avropa dövlətinin Aramco-ya hücumda İranı ittihamlandırmalarına sərt reaksiya verib

Həsən Ruhani Almaniya, Fransa və Britaniyanın Səudiyyə Ərəbistanın neft təsisatlarına hücuma görə İranı ittihamlandırmalarını kəskin tənqid edib.

GunAz.az Tasnim Agentliyinə istinadla xəbər verir ki, Həsən Ruhani Nyu-Yorkda Fransa prezidenti Emanuel Makronla görüşü zamanı Aramco-ya hücum məsələsində İranın ittihamlandırılmasını kəskin tənqid edib.

Həsən Ruhani 3 Avropa dövlətinin birgə bəyanatını pisləyib və orada gələn iddiaları əsassız və yalan hesab edib.

Həsən Ruhani həmçinin bu görüş zamanı Fransadan istəyib ki, rəsmi Paris və sair Aİ dövlətləri nüvə sazişində yer alan öhdəliklərinə əməl etsinlər.

Qeyd edək ki, Aİ dövlətləri bu bəyanatda İran qarşısında nüvə sazişində olmayan yeni şərt irəli sürüb və rəsmi Tehrandan tələb ediblər ki, ballistik raketlər proqramı və bölgədə təhlıükəsizlik məsələlərini də sazişə əlavə etsin. İran bu tələbi rədd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ